Ərəblərin BAKIDAN ərazi alması şaiyədir - Nərimanov İCRA hakimiyyəti

Ərəblərin Bakıdan ərazi alması şaiyədir - Nərimanov icra hakimiyyəti
Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxləri alıblar.

“Qafqazinfo” məsələ ilə bağlı Nərimanov İcra hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon icra başçısının birinci müavini Şahmar İbadov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, sözügedən ərazinin ərəblərin alması ilə bağlı yayılan xəbərlər şayiədir:

“Nərimanov rayonunda gedən yenidənqurma işləri prezidentin sərəncamı əsasında həyata keçirilir. Yol infrastrukturunun yenidən çəkilməsi və genişləndirilməsi zamanı Ziya Bünyadov prospekti və Həsən Əliyev küçəsinin davamı olaraq Böyük Şor ərazisindən keçən yeni hissədə Nərimanov İcra Hakimiyyəti “Azəryol” ASC və Maliyyə Nazirliyi ilə birlikdə ərazidə yola düşən hissələri siyahıya alıb. Əhalinin köçürülməsi tərəfimizdən həyata keçiriləcək.

Bundan başqa orada ərəbin, ingilisin, hər hansı bir əcnəbi şirkətin ərazi alıb əhalini köçürülməsi şayiədən başqa bir şey deyil”.

İcra başçısının müavini, həmçinin mediadan vətəndaşlar arasında bu cür çaşqınlığa səbəb olacaq xəbərləri yaymamağı xahiş edib.






Fikirlər