Qərb Universiteti EBSCO ilə əməkdaşlıq EDƏCƏK

bitmap-img6

Qərb Universitetində dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkətinin GOBI (Global Online Bibliographic Information) platforması ilə bağlı təqdimat keçirilib

 

Universitetin professor-müəllim heyətinin qatıldığı tədbirdə məlumat verilib ki, şirkət 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir. “EBSCO” 375-dən çox müxtəlif elmi-tədqiqat bazasının resurslarına, o cümlədən 360 min elmi jurnal və 550 min elektron kitaba vahid nöqtədən çıxış imkanı yaradır.
Daim kitabxana fondunu zənginləşdirən Qərb Universiteti ilə EBSCO-nun əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. Bu əməkdaşlıq nəticəsində universitetin professor-müəllim heyəti, tələbələri müxtəlif sahələrlə bağlı mövcud ədəbiyyatlarla, eləcə də yeni çap olunan kitablarla tanış olmaq imkanlarını genişləndirəcəklər.
Məlumat üçün bildirək ki, hazırda Qərb Universitetinin kitabxanası 55.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 15 000-dən çox ədəbiyyat mövcuddur.
Universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.AzerTaym.az






Fikirlər