Bakıda uçqun nəticəsində xəsarət alan şəxslərin adları açıqlanıb - SİYAHI
Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alan üç nəfər xəstəxanalara yerləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yaralıların üçü də kişidir: “Onlardan ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə, digəri isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Yaralılardan ikisinə müştərək travma, birinə isə ətrafın travması diaqnozu qoyulub”. Nazirlikdən o da qeyd olunub ki, hadisə yerində 6 nəfər olub: “Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib”.