Bakı sakini hədələnərək 720 min dollarlıq borc sənədinə İMZA ATIB
Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir. “Report”un xəbərinə görə, 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib. Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.