TƏRCÜMEYİ-HAL Ağalar İsrəfil oğlu VƏLIYEV

  Related image

Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci ilin iyulun 23-də Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. 1963-cü ildə Yevlax şəhər 2 saylı orta məktəbinin I sinifinə daxil olmuş və 1973-cü ildə həmin şəhərin 8 saylı orta məktəbinin X sinifini bitirmişdir.

1973-cü ildə Mingəçevir Politexnik Texnikumunun “Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1976-cı ildə həmin texnikumu bitirmişdir.

A.İ.Vəliyev əmək fəaliyyətinə 1976-cı ilin martın 26-da Yevlax Dəmir-Beton Məmulatları zavodunda III dərəcəli fəhlə kimi başlamışdır. 1976-cı ilin may ayından 1978-ci ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra Yevlax Dəmir-Beton Məmulatları zavodunda texnik-laborant, laboratoriya mühəndisi, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, direktor əvəzi və direktor vəzifələrində işləmişdir.

1983-cü ildə A.İ.Vəliyev Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1989-cu ildə həmin institutu “İnşaatçı-mühəndis” ixtisası üzrə bitirmişdir.

A.İ.Vəliyev 1991-ci ildə “Azəravtoyol” İstehsalat Birliyinin Yevlax “Körpü Tikinti” Kombinatının baş direktoru vəzifəsinə, 1993-cü ildə isə Yevlax “2 saylı Yol Təmir Tikinti” Trestinin rəisi vəzifəsinə təyin edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 19 iyun 1996-cı il tarixli sərəncamı ilə A.İ.Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunmuşdur. “Tikinti kompleksinin inhisarlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əl iyevin 02 dekabr 1997-ci il tarixli 646 saylı Fərmanının icrasına uyğun olaraq A.İ.Vəliyev 01 mart 1998-ci il tarixindən “Azəraqrartikinti” Dövlət Şirkətinin bazasında yaradılmış “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyyətinin sədri-prezidenti vəzifəsinə seçilmişdir.

A.İ.Vəliyev ölkənin inşaat-tikinti sektorunda özünəməxsus yeri və böyük nüfuzu olan “Azəraqrartikinti” ASC-yə rəhbərlik etdiyi illər ərzində Bakı şəhərində və respublikanın rayonlarında yüzlərlə müxtəlif təyinatlı tikililər, binalar, qurğular inşa edilmiş, bir sıra strateji əhəmiyyətli obyektlər və avtomobil yolları istismara verilmişdir. Bu obyektlərin bir çoxlarının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmiş və görülən işləri yüksək dəyərləndirmişdir.

2010-cu ilin noyabr ayında A.İ.Vəliyev Yeni Azərbaycan Partiyasından irəli sürülmüş namizəd kimi 11 saylı Qaradağ Seçki Dairəsindən IV çağırış

Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.Image result for Ağalar Vəliyev DEPUTAT  

Hazırda A.İ.Vəliyev Milli Məclisin deputatı kimi fəaliyyət göstərir, parlamentin İqtisadi siyasət komitəsinin, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür və Azərbaycan-Slovenya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli sərəncamı ilə A.İ.VəliyevƏməkdar mühəndis” fəxri adına layiq görülmüş və 10 aprel 2012-ci il tarixli fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

A.İ.Vəliyev evlidir, bir oğlu və bir nəvəsi vardır.

''AzerTaym.az''






Fikirlər