AzerTaym.az xəbər verir ki, konfransda Qərb Universiteti, AMEA-nın Tarix İnstitutu, Fəlsəfə İnstitutu, BDU, Azərbaycan Dövlət İqtisad Universiteti, ADPU, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti və b. universitetlərin professor-müəllimləri iştirak ediblər.

Konfransı Qərb Universitetinin professoru Fikrət Sadıxov açıq elan edib. Daha sonra mövzu ilə bağlı məruzələr dinlənilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ömür yolu və çoxşaxəli fəaliyyəti Azərbaycan xalqına və dövlətinə fədakar xidmətin ideal nümunəsi olduğu kimi, nəzəri irsi də gələcək nəsillərin yolunu işıqlandıracaq olduqca dəyərli xəzinədir. Qeyd edilib ki, qloballaşan dünyada milli identikliyin qorunub saxlanması üçün milli ideya və dəyərlər müstəsna əhəmiyyət kəsb edir. Dahi liderin fəaliyyəti və bu gün də yaşayan ənənələri bu ideya və dəyərlərin möhkəmlənməsində olduqca mühüm rol oynayıb.

Məruzələrdə həmçinin vurğulanıb ki, ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən şaxələndirilərək davam etdirilib və bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir.

Konfrans işini bölmə iclaslarında davam etdirib. İclaslarda ümummilli lider Heydər Əliyev irsi və müasir Azərbaycan fəlsəfəsi, milli-mənəvi dəyərlər, enerji strategiyası, təhsil, islam həmrəyliyi və digər mövzular müzakirə edilib.