Elmar Məmmədyarovun atası reanimasiyaya yerləşdirildi - FOTO
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atasının səhhəti pisləşib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin 93 yaşlı atası Məhərrəm Məmmədyarov ötən gün xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, o, hazırda reanimasiyadadır.
Məhərrəm Məmmədyarovun çalışdığı Neft-Kimya Prosesləri İnstitutundan bildirilib ki, M. Məmmədyarov bu gün işə gəlməyib. O, sonuncu dəfə mayın 5-də işdə olub.Qeyd edək ki, M. Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.
AzerTaym.az