AZƏRBAYCAN və İRAN XİN başçılarının görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana səfəri çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana səfəri çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətinin verdiyi xəbərə görə, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də bir sıra aktual regional məsələlər müzakirə olunub.

Xatırladaq ki, E.Məmmədyarov Ramsar şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək IV üçtərəfli görüşdə iştirak etmək üçün İrana yola düşüb.

AzerTaym.az






Fikirlər