İran "altılıq" ölkələrini hədələdi
İran uranın zənginləşdirilməsi prossesinə yenidən başlaya bilər. Azertaym.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlama verib. O, qeyd edib ki, əgər "altılıq" ölkələri Cenevrədə imzalanmış müqavilənin şərtlərini yerinə yetirməyəcəkləri təqdirdə İran uranın zənginləşdirilməsi prossesini davam etdirəcək:
"Bizim nüvə proqramımızın strukturu dəyişməyib. Şərtlərə əməl edilməsə Tehran 20%-ə qədər uranın zənginləşdilməsinə yenidən başlayacaq"
Qeyd edək ki, İran və "altılıq" ölkələri arasında noyabrın 24-də nüvə məsələsinə görə müqavilə imzalanıb.