Abel Məhərrəmovun doğum günüdür - FOTOLAR
Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub.
1966–cı ilin may ayının 25-i Amasiya rayonun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurub.
Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. . Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc edib. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunub.
Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.
O, "Alkenilfenolların kimyası", "Аминотиолы и их производные" monoqrafiyalarının və "Neft kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir.