Azərbaycanın 73 diplomatik korpusu bir ildə 98 milyon MANAT XƏRCLƏYİB
2016-cı ildə xarici ölkələrdə fəaliyyət göstərən 73 diplomatik nümayənbdəlik və konsulluğun saxlanılmasına 98 milyon manat vəsait yönləndirilib. Modern.az-ın məlumatına görə, bu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Belə ki, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün 15,6 milyon manat məbləğində vəsait istifadə olunub. Bunun 8 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə, 7,6 milyon manatı isə beynəlxalq və ölkə səviyyəli və bu qəbildən olan igər tədbirlərə (Gəncə şəhərinin “2016-cı il Azropa Gənclər Paytaxtı” və Şəki şəhərinin 2016-cı il Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlərin, BMT-nin Sivilliszasiyalar Alyansının 7-ci Qlobal Forumunun, IV Qlobal Açıq Cəmiyyətlər Forumunun, Dünya Azərbaycanlılarının IV Qurultayının və s) ayrılıb.