ADU-da yeni islahatlar: rektor qaydaları DƏYİŞDİ

Aksiya keçirən tələbələrlə bağlı islahat: Yeni rektor qaydaları dəyişdi

Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

Lent.az-ın xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir.

- Yay məktəbi tam pulsuz olacaq

- Apeliyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq

- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq

- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq

- Çöldə əlavə nəzartçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq

- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və özləri kitabxana əməkdaşları gətirib verəcək

- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq

- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq.

- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək

- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.

AzerTaym.az

 






Fikirlər