ADU-nun rektoru könüllü tələbələrlə GÖRÜŞÜB

Mayın 8-də Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla IV İslam Həmrəylik Oyunlarında iştirak edən könüllü tələbələr, eləcə də akademik borcu olan tələbələrlə görüşüb.

 Mötəbər beynəlxalq tədbirdə könüllü fəaliyyət göstərən tələbələrə Azərbaycanın ictimai həyatında fəallıq göstərərək ölkənin inkişafına töhfə verdiklərinə, dünya miqyasında tanıdılmasında yaxından iştirak etdiklərinə görə təşəkkür edən rektor K.Abdulla ADU-nun böyük potensialının olduğunu xatırladıb. O, IV İslam Həmrəylik Oyunlarında universitetdən 1000 nəfər tələbənin könüllü kimi iştirak etdiyini, onlara imtahan sessiyasında güzəştlər oluna biləcəyini bildirib, akademik borcu olan tələbələr üçün yay məktəbinin ödənişsiz təşkil olunacağını deyib.

Görüşdə tədris prosesi, imtahan sessiyası, ikinci xarici dilin tədrisi və s. məsələlər ilə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.AzerTaym.az






Fikirlər