BakuPost.az-a daxil olan məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.
AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev bildirib ki, mənzillər, ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına və onların ailə üzvlərinə uyğun gələn mənzillərin verilməsi püşkatma yolu ilə icra edilib. Bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyəti nəzərə alınıb.
AzerTaym.az