Fatma Abdullazadənin işdən çıxarılması fəxri adı olmayan müğənniləri sevindirdi: "Geylərə, əxlaqsızlara xalq artisti adı verdirirdi o"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub.

Hazırda Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi boşdur. Bu vəzifəyə kimin gətiriləcəyi isə sual atındadır. Çox güman ki, yaxın zamanlarda bu məsələ həllini tapacaq.
 AZXEBER.COM-un məlumatına görə, Fatma Abdullazadənin işdən çıxarılması mədəniyyət aləmində geniş rezonans doğurub. Belə ki, müğənnilərə fəxri adların verilməsi, onların mükafatlandırılması məsələsində həlledici rol oynayan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin rəhbərindən bir çox məşhur narazı olsa da, çoxları bunu dilinə gətirmirdi.
Müğənni Əli Mirəliyev bu məsələylə bağlı daha sərt çıxış edib. O deyib: "Fatma Abdullazadəni tutduğu vəzifədən kənarlaşdırdılar. Çünki işlərinin öhdəsindən gələ bilmirdi, çatana, hər yerindən durana, xalq artisti adı verdirirdi. Onun hesabına mavilər, əxlaqsız qadınlar da xalq artisti oldu. Bunu da hər kəs gözəl bilir. Prezidentin bəyəm vaxtı, siyasi-iqtisadi işlərdən imkanı varmı ki, durub onlara bir-bir qulaq assın?! Sevinirlər ki, bunlar Xalq artisti olublar. Yalansa, öləsiniz sizi elə, yerə soxum yaltaq ağsaqqallarınız başda olmaqla hamınızı xalq artisti olan yerdə. Bu millət uzun illər Rusun tərkibində olub deyə həmişə Xalq artisti olmaq üçün əldən-ayaqdan gedib. Ancaq anlamırlar ki, boş şeydi o ad. Bəyəm İtaliyada Sofi Loren, Türkiyədə Zeki Müren xalq artisti olub, ancaq dünya tanıyır onları!”
Qeyd edək ki, şou biznes kulislərində gedən söhbətlərə görə, bir çox əməkdar artist, uzun illər bu sənətdə olan ancaq fəxri adı olmayan məşhurlar da Fatma Abdullazadənin işdən ayrılmasına sevinib. Onlar səbrsizliklə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin yeni rəhbərini gözləyirlər. İlkin məlumata görə, bu şöbəyə mədəniyyət sahəsi ilə birbaşa əlaqəsi olmayan şəxs gətiriləcək.

 






Fikirlər