İcra başçısı torpaqları alver predmetinə çevirənlərə XƏBƏRDARLIQ EDİB
Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli rayonda kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirilib. Müşavirədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilatların nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər. Müşavirədə çıxı edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinə riayət olunması, torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsi barədə məlumat verib. Bildirib ki, prezident İlham Əliyevin torpaqlardan maksimum səmərəli istifadə edilməsi, məhsul bolluğu yaradılması, yerli istehsalın artırılması ilə bağlı tapşırıq və göstərişləri Füzuli rayonunda da ciddi nəzarətdə saxlanılır. Alı Alıyev bildirib ki, rayonda hələ də bəzi torpaq icarədarları torpaqlardan təyinatına və müvafiq icarə müqaviləsinin şərtlərinə uyğun istifadə etmirlər. Alı Alıyev torpaqlardan səmərəli və məqsədyönlüü istifadə olunması, bu sahədə mövcud olan qanunsuzluqların araşdırılması üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib. O qeyd edib ki, ölkə başçısının torpaqlardan səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində əvvəllər kortəbii şəkildə istifadə olunan torpaq sahələrində 4 iri taxılçılıq təsərrüfatı yaradılıb, 2700 ha sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarnın istehsalı üçün Aqroparkın istifadəsinə verilib. “2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb. Hazırda taxıl sahələrində biçin davam etdirilir. İyunun sonuna kimi 36082 hektar sahədə əkilmiş arpa və buğdanın biçini başa çatdırılacaqdır. Rayonda bu il də 100 min tondan artıq məhsul istehsal olunacaq”-deyən Alı Alıyev rayonun streteji məhsul olan barama istehsalı sahəsində əldə etdiyi nəticələr barədə danışıb. Qeyd edib ki, ötən il rayonda 3.3 ton yaş barama istehsal olunmuşdursa, cari ildə füzulili kümçülər tərəfindən 25 tondan artıq yaş barama tədarük məntəqələrinə təhvil verilib. Bildirib ki, cari ildə rayonda 2050 hektar sahədə pambıq əkilib ki, bu da ötən ilkindən 1500 hektar artıqdır. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müşavirədə aidiyyəti orqanlara qaz, su, işıq və digər kommunal ödənişlərin vaxtında yığılması, bununla bağlı əhali arasında müvafiq maarifləndirmə izahat işlərinin aparılması tapşırılıb.AzerTaym.az
“Bəzi fiziki və hüquqi şəxslər torpaq qanunvericiliyinin və müvafiq icarə müqavilələrinin tələblərinə riayət etməyərək müvəqqəti icarələrinə verilmiş torpaq sahələrini ikinci, hətda üçüncü şəxslərə qanunsuz olaraq icarəyə verməklə torpaqları alver predmetinə çevirirlər. Biz bu cür hallara qarşı ciddi mübarizə aparmalıyıq.“,-deyə Alı Alıyev vurğulayıb.