Bakı-Sumqayıt qatarı gənc qızı VURDU

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar sərnişini vurub.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Axar.az-a açıqlamasında bildirib ki, hadisə az öncə Xırdalan-Biləcəri xəttində baş verib.
"20-21 yaşlarında olan xanım yolu keçmək istəyərkən qulağında qulaqcıq olduğu üçün qatarın dəfələrlə xəbərdarlıq siqnalını eşitməyib. Xəstəxanaya çatdırılan piyadanın vəziyyəti qənaətbəxşdir", - Qədirova bildirib.
AzerTaym.az






Fikirlər