Rayonlara işləyən qatarlarda gediş HAQQI ARTIRILIR

1499166304

“Azərbaycan Dəmir Yolları” QSC qatarlarda bəzi yerlər üçün gediş haqqını bahalaşdırdı. Şirkətdən verilən xəbərə görə, Bakıdan rayonlara gedib-gələn sərnişin və sürət qatarlarında kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə aid olan biletlər 20% baha olacaq.

“Sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixdən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək”.

Qatarlarda indiyədək tətbiq edilən gediş haqları ilə buradan tanış ola bilərsiz.

 






Fikirlər