Şəhid bulağını sökən tapıldı – Mərhumun öz qardaşı imiş… (RƏSMİ AÇIQLAMA)

6

Yasamalda “Şəhid bulağı”nın kim tərəfindən söküldüyü məlum olub. Bu şəxs Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun doğma qardaşıdır.

Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) oxu.az-a verilən məlumatda bildirilir ki, RİH-ə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qoyulmuş bulaq-kompleksin sökülməsi haqqında məlumat daxil olduqdan dərhal sonra başçının səlahiyyətlərini icra edən, başçının birinci müavini Səməd İslamov ünvanda olub: “Araşdırma zamanı müəyyən olunmuşdur ki, “Şəhid bulağı” sökülməmiş, bulağın yeri yaxınlıqdakı iaşə obyektinin sahibi, şəhidin doğma qardaşı tərəfindən şəhid ailəsinin zənnincə, daha baxımlı yerə dəyişdirilmişdir. Şəhidin qardaşı ilə söhbət aparılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidin xatirəsinə qarşı biganəliyin düzgün addım olmadığı, Allahverdiyev Məhəmmədin yalnız bir ailənin şəhidi olmadığı, onun xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğu və xatirə bulağının əvvəlki yerinə qaytarılmasının vacibliyi şəhidin qardaşının diqqətinə çatdırılmışdır.

Onu da qeyd etmək istərdik ki, verilən tapşırıq əsasında gün ərzində şəhidin xatirəsinə qoyulmuş bulaq-kompleks ətrafında abadlıq və bərpa işləri aparılaraq “Şəhid bulağı” əvvəlki yerinə bərpa olunacaqdır. Hadisəni törədənin şəhidin doğma qardaşı olduğu nəzərə alındığından onun barəsində daha ciddi tədbirlər görülməsi məqsədəuyğun sayılmamışdır”.

* * *

Yasamalda “Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb.

“AzPolitika” xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata əsasən, sözügedən ərazi Yeni Yasamalda – Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, “Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

“Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla aqressiv davranırlar”, – şikayətçilərdən biri redaksiyamıza yazdığı məktubunda qeyd edir.

1499611050_quqqq

7

 






Fikirlər