Bakı ölüm raketlərini cəbhəyə göndərir: dəhşətli qisasdan qorxan İrəvan TİR-TİR ƏSİR -VİDEO

Bakı ölüm raketlərini cəbhəyə göndərir: dəhşətli qisasdan qorxan İrəvan TİR-TİR ƏSİR

İyunun 10-da Azərbaycanın Rusiyadan aldığı silahların növbəti partiyası Bakıya çatdırıldı. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

“İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən, ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb. Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək”, - deyə məlumatda qeyd olunur.

Müdafiə Nazirliyinin məlumatından da aydın olur ki, gətirilən silahlar cəbhə bölgəsinə göndəriləcək. Bu, erməni hərbi birləşmələrinin daha ağır cavab zərbəsi alacağına işarədir.

Publika.az xəbər verir ki, Bakıya gətirilən silahlar və onların cəbhə bölgəsinə yerləşdiriləcəyinə dair informasiya Ermənistanda ciddi rezonansa səbəb olub. Düşmən ölkənin mediası artıq qaçacaqları yerlərinin qalmadığını, Azərbaycanın cavab zərbəsinin daha şiddətli olacağını yazır.1in.am saytı yazır ki, Bakıya gətirilən silah-sursat arasında “Günəş alovu” TOS 1A raket sisteminin mərmiləri və digər hərbi avadanıqlar var: “Təkcə son silah partiyasının Bakıya gətirilməsi Azərbaycanın hədəfini müəyyən edir: müharibəyə hazırlıq. Ermənistanın son hücumu görünür, bütün daşları yerindən oynatdı və Azərbaycan daha ağır zərbəyə hazırlşır. Bu, həmçinin o deməkdir ki, Bakının son zərbəsi başlanğıcdır”.

Qeyd edək ki, TOS 1A raket sistemi “aprel müharibəsi”ndə Ermənistana ağır zərbələr endirmişdi.

Sayt qeyd edir ki, Ermənistanın təhlükəsizliyinə zəmanət olduğunu deyən Rusiya Azərbaycanın zərbələri haqda susacaq.“Bu, Moskvanın razılaşdığını və heç bir şey etməyəcəyi deməkdir. Ötən il aprel döyüşlərində də Rusiya eyni susqunluğu nümayiş etdirdi”, - deyə məqalədə bildirilir.


Erməni saytı İrəvanı dişsiz siyasət yürütməkdə ittiham edir: “Ermənistan hakimiyyəti qorxaraq “böyük qardaşı” Rusiyaya heç nə deyə bilmir. Bir sözlə, bizim hakimiyyətimiz nə hansısa siyasətə, nə də diplomatiyaya malikdir”.
“Lragir” saytı isə ikinci “aprel müharibəsi”nin başlaya biləcəyini, Azərbaycan Ordusunun bu dəfə daha çox ərazini işğaldan azad edə biləcəyini yazır.
“Rusiya və Azərbaycan silah ticarətini biznes adlandırır. Lakin yeni silah partiyasının Bakıya çatdırılmasının Alxanlı hadisələrindən sonra olması təsadüfi deyil. Burada həmçinin, “aprel müharibəsi”nə qədər Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozinin səfəri yada düşür. Roqozin 2016-cı ilin martında Bakıda olmuşdu. Ardınca aprel döyüşləri oldu və Azərbaycan müəyyən əraziləri azad etdi. Hesab etmək olar ki, Bakı yeni əraziləri azad etmək üçün Moskvanı yenidən neytrallaşdırır. Bu, Ermənistana ağır zərbələrlə müşaiyət oluna bilər”, - deyə sayt yazır.






Fikirlər