ADU-nun rektoru Kamal Abdulla Avstriyanın səfiri ilə GÖRÜŞÜB

????????????????????????????????????İyulun 12-də Azərbaycan Dillər Universitetinin rektoru (ADU), AMEA-nın həqiqi üzvü Kamal Abdulla Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexlə görüşüb.

Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnunluğunu bildirib.Ümid edirəm ki, ölkənizlə universitetimiz arasında əlaqələr güclənəcək. Biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq”-deyən K.Abdulla ADU-da fəaliyyət göstərən Avstriya kitabxanası və Avstriya Mərkəzi haqqında danışıb:  “Mən çox istərdim ki, həmin mərkəzlərin fəaliyyətinə yeni bir ruh verək”. K.Abdulla əlavə edib ki, burada Avstriya mədəniyyəti və tarixinin təbliğ edilməsi həmin ölkədən daha çox bizə lazımdır:Biz də istərdik ki, öz mədəniyyətimiz, dilimiz və tariximizi Avstriya universitetlərinin birində təbliğ edək”.Rektor Avstriya akademik dairələrində Azərbaycana marağın get-gedə artdığına inandığını bildirib. Onun sözlərinə görə, bir çox Qərb ölkələrində belə bir yanlış təsəvvür var ki, əgər türk dili öyrənilirsə, Azərbaycan dilini ayrıca öyrənməmək də olar, lakin biz Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin müstəqil şəkildə öyrənilməsini istəyirik: “Bundan əlavə, Azərbaycan multikulturalizm sahəsində öz təcrübəsini Avstriyaya təqdim edə və bir Avstriya təcrübəsini öyrənə bilərik. “Sizdən xahişimizin əsas məqsədi odur ki, hər hansı bir Avstriya universitetində mərkəzin yaradılmasında bizə kömək edəsiniz. Biz həmin mərkəzin yaradılması üçün əlimizdən gələn maddi və intellektual köməyi göstərməyə hazırıq. Məhəbbət qarşılıqlı olmalıdır. Biz burada Avstriya mədəniyyətini təbliğ ediriksə, bu bizə öz mədəniyyətimizi Avstriyada təbliğ etmək haqqı verir”.Öz növbəsində səfir A.Vex ADU-da fəaliyyət göstərən Avstriya kitabxanası və Avstriya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılması üçün Vyana Universitetinin münasib ola biləcəyini söyləyib:Düşünürəm ki, Vyana Universitetinin bu məsələyə marağı olacaq. Biz də öz növbəmizdə bu işdə dəstəyimizi əsirgəməyəcəyik”.Görüşün sonunda rektor K.Abdulla səfir A.Vexi ADU-da “Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib və ona “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edib.

AzerTaym.az






Fikirlər