Rusiyada azərbaycanlı vəkil qətlə yetirildi - Müəmmalı cinayətdəki sənədlər, QARA ÇANTA…

Rusiyanın Krasnoyarsk əyalətində 1 ay əvvəl itkin düşmüş, əslən Biləsuvar rayonundan olan vəkil İbayev Vüqar Əhəd oğlunun meyiti tapılıb.

BakuPost.az-a daxil olan məlumata görə, vəkil iyunun 23-də "Lexus RX300” markalı avtomobili ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun üzərində bir sıra sənədlər, pul, telefon, qara çanta və mənzilinin açarları olub. 1 aylıq axtarışdan sonra onun üzərində xəsarətlər olan meyiti tapılıb. Məlum olub ki, onun qatilləri vəkili öldürdükdən sonra şəhərətrafında yerləşən meşə zolağında basdırıblar. İlkin ehtimallara görə, öldürülməsində məqsəd vəkilin qarət edilməsi olub. Belə ki, cinayətkarlar avtomobili satmağa cəhd ediblər. Lakin nail olmayıblar. Maşın meyitin basıdırldığı yerdən xeyli uzaqda tapılıb.
1970-ci il təvəllüdlü vəkili qətlə yetirməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlar V. İbayevin yaşadığı Solneçnıy şəhərində avtoservislərdən birində çalışan, əvvəllər məhkum olunmuş 26 və 36 yaşlı Rusiya vətəndaşlarıdır. 
V. İbayevin qardaşı Elşən İbayev məsələ ilə bağlı BakuPost.az-a açıqlamasında bildirib ki, cənazə onlara ayın 20-də təhvil verilib: "Bu gün qardaşımın 6 mərasimini veririk. Meyiti iyulun 17-də tapılıb, bizə isə 20-də verilib. Hələ ki, öldürülmə səbəbi kimi qarət göstərilir. Onu öldürdükdən sonra mənzilinə də girilib. 
İxtisasca vəkil idi. İxtisasına uyöun fəaliyyətə yeni başlamışdı. Qətlin vəkillik fəaliyyəti ilə bir əlaqəsinin olduğunu ehtimal etmirik. Lakin hər şey ola bilər. Hazırda istintaq gedir”.
Məlumat üçün bildirək ki, V. İbayev evlidir, 1 övladı var. 
 
 






Fikirlər