ƏHMƏD ƏHMƏDOV RƏSMƏN vəzifəsindən azad edildi – SƏRANCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Əhməd Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin”. Xatırladaq ki, Ə.Əhmədov 2000-ci ildən Daxili İşlər naziri vəzifəsini tuturdu. Son vaxtlar onun ətrafında hansısa proseslərin getdiyi barədə məlumatlar gəlirdi. Naxçıvanın hakim elitasında xüsusi çəkisi ilə fərqlənən Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri məlum deyil.