Dövlət Sosial Müdafiə Fonduna YENİ SƏDR təyin edildi
Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunub.
"Repot"un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamda bildirilir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Muxtar Respublikanın Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Rüstəm oğlu Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilsin.