SƏRT REAKSİYA: "KƏLBƏCƏRDƏ ZAVOD TİKMƏKLƏ İşgalı Əbədiləşdirmək İSTƏYİRLƏR"

Yevda Abramov: "Sözsüz ki, narazılığımızı bildirməliyik. Lakin bunları eşidən varmı? Dünya bizim səsimizə, səs verirmi? Əlbəttə, yox "

 

"Ermənistan Dağlıq Qarabağı işğal etdiyi gündən Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən maksimum istifadə edir”.
Bunu "Sherg.az”a ermənilərin Kəlbəcərdə su istehsalı ilə məşğul olan zavod inşa etməsinə münasibət bildirərkən millət vəkili Yevda Abramov deyib. 
O bildirib ki, ermənilərin bu addımları ilk deyil:
" İnanıram ki, onlar zavod tikər. Ermənilərin xislətində bu əməllər var, ona görə, onların hər cür addımı atacağına inanıram. Sözsüz ki, narazılığımızı bildirməliyik. Lakin bunları eşidən varmı? Dünya bizim səsimizə, səs verirmi? Əlbəttə, yox. Biz müharibəyə əl atsaq, ermənilərdəki torpaqlarımızı geri qaytarar, onların tikdiyi o zavodları da dağıdarıq. Heç kim bizə bir söz deyə bilməz. 
Xarici İşlər Nazirliyi və rəsmi qurumlar bəyanat verməli, dünya ölkələrinin səfirliklərinə müraciət olunmalıdır. İşğal olunmuş torpaqlarda onlar zavod tikməklə işğalı əbədiləşdirmək siyasəti aparırlar. Onlar Azərbaycan xalqına bir növ mesaj verməyə çalışır ki, heç vaxt bu torpaqları qaytarmayacağıq.
Bu mənim üçün qəribə gəlmir. Ermənilərdən nə desən çıxar. Kim təminat verə bilər ki, işğal edilmiş zonalarda daha nələrlə məşğuldurlar? Narkotik istehsalı, xüsusi bitkilər yetişdirmək və s. əməllər törədə bilərlər. Kosmosdan hər şeyi görmək olmur.
Ermənistan bir daha işğalçılıq siyasətini dünyaya nümayiş etdirir. Bu dövlət sübut edir ki, Dağlıq Qarabağ münaqişəsi iddia etdikləri kimi Azərbaycan və Dağlıq Qarabağ arasındakı problem deyil. Bu, iki dövlət – işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan arasındakı münaqişədir.
Qeyd edək ki, Ermənistanın baş naziri Karen Karapetyanın sözlərinə görə, xarici investorların hesabına inşa olunacaq zavod Kəlbəcər suyunu xarici ölkələrə satmağa imkan verəcək.






Fikirlər