Bu gün "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Birlikdən AzerTaym.az-a verilən məlumata görə, Ümumi Yığıncaqda "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyəti, komitənin vəzifəli şəxsləri, respublikanın tanınmış ictimai xadimləri, elm adamları iştirak ediblər.
Qonaqlar arasında akademik Vəli Əliyev, tanınmış yazar Dəmir Gədəbəyli, "GEN TV” MMC-nin rəhbəri Nicat Əsgərov, "Müvəkkil” Hüquq Təşkilatının nümayəndəsi Mobil Vəkiloğlu, hüquqşünas Rövşən Rəhimov və digər şəxslər də olublar.
Ümumi yığıncaqda İdarə Heyəti və komitə üzvlərinin yekdilliklə səsverməsi ilə Elşad Nəciməddin oğlu Həmidov yenidən "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri və səlahiyyətli şəxsi seçilib.
Ümumi yığıncaqda komitə sədrinin müavinləri Vahid Fərəcov, Fərhad Məmmədov, sədrin mühüm işlər üzrə köməkçisi Fərid Tahirov, Kadrlar Departamentinin rəisi Ənvər Əlirza oğlu Rzayev, Cənub bölgəsi üzrə qrup rəhbəri İqbal Mirzəyev, Cənub bölgə rəhbəri Ağakərim Əzimov, komitənin baş eksperti Tariyel Quliyev, komitənin mətbuat katibi Telman Mirzəyev, qonaqlardan akademik Vəli Əliyev, Dəmir Gədəbəyli, Nicat Əsgərov, Mobil Vəkiloğlu, Rövşən Rəhimov və digər şəxslər çıxış edərək Elşad Həmidovu yeindən komitənin sədri və səlahiyyətli şəxsi seçilməsi münasibəti ilə təbrik edib, insan hüquqlarının qorunması sahəsində ona uğurlar arzulayıblar.
Sonda qərara alınıb ki, ümumi yığıncağa dair sənədlər dövlətin müvafiq qurumlarına təqdim edilsin.