“Nurçular” İqtisad Universitetində yüksək postları ələ alıblar?-YENİLƏNİR
Bu sözlər dünən "Təzadlar"a təqdim edilmiş araşdırma yazısından bir abzasdır... Professional səviyyədə hazırlanmış, dəhşət saçan faktlarla zəngin, çoxsaylı mötəbər istinadlara söykənən bu araşdırma yazısında ölkə gündəmini dəyişəcək faktlar yer alıb... "Rektor Ədalət Muradovu kimlər idarə edir?", başlıqlı və "“Nurçular” İqtisad Universitetində yüksək postları necə ələ alıblar?" yarımbaşlıqlı araşdırma yazısının müəllifi isə ADİU-nun müəllimidir... Lakin adı gizli saxlanılır... Bu yazıda olduqca ciddi faktlar yer aldığından qarşı tərəfin olduqca sərt ittihamlara dair mövqeyini öyrənmək üçün "KİV haqqında" Az.Res. Qanunun tələblərinə uyğun olaraq yazını bu gün "Təzadlar"ın rəsmi blankında ADİU-nun rektoru, professor Ədalət Muradov cənablarına göndərdik... Yazının müəllifinə də bildirilib ki, qarşı tərəfin mövqeyi olmadan bu yazının dərci hüquqi problemlər yarada bilər. Azərbaycan dövlətinin siyasətinə dəstək xarakterli bu yazıya qarşı tərəfin cavabını gözləyirik... Qanun 24 saatlıq müddət müəyyənləşdirib... İnanırıq ki, ADİU rəhbərliyi ən qısa vaxtda mövqeyini açıqlayacaq...
Bizi izləyin!