“NƏ İSTƏYİRSİNİZ? ƏL ÇƏKİN MƏNDƏN!” – İşdən uzaqlaşdırılan VÜQAR QARADAGLI

Vuqar

ATV telekanalının rəhbərliyindən uzaqlaşdırılan Vüqar Qaradağlı susqunluğunu pozub.

“Nə istəyirsiz, əl çəkin məndən. Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar” – deyə, keçmiş prezident bizimyol.info saytının əməkdaşına bildirib.

İşdən Turan İbrahimova və onun verilişinə görə uzaqlaşdırılması barədə iddialara Vüqar Qaradağlı belə münasibət bildirib: “Mən ömürlük vəzifəmdə qalan deyildim ki, mən ATV kanalına gedəndə orda nə stat var idi, nə department. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım. Kanalın texniki bazasını düzəltdim, ən müasir texnikalar alınıb. İşləmişəm, indi də təsisçilərin qərarı ilə işdən çıxmışam. Burda başqa heç nə axtarmaq lazım deyil. Mən ömür boyu harda işləmişəm, dövlətimə ləyaqətlə xidmət etmişəm”.

 






Fikirlər