19.03.2014. - Ceyhun Osmanlının atası işdən çıxarılmasından danışdı – (Yenilənib)
AzNews.az-a açıqlama verən Y.Osmanov məlumatın yalan olduğunu bildirib: “Mənim işdən çıxarılmağım haqqında yayılan məlumatlar yalandır. Bu cür məqsədli iformasiyalara inanmaq lazım deyil...”.
* * * 11:20
Millət vəkili Ceyhun Osmanlının atası Yunis Osmanov Görçay rayon icra başçısının müavini vəzifəsindən azad edilib.
AzerTaym.az “Qafqazinfo”-ya istinadən bildirir ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən azad edilməsinin ardınca “Gülən camaatı” ilə bağlı olan digər məmurların da işdən çıxarılmasına start verilib. Bu sırada işdən çıxarılan ilk adamlardan biri də Elnur Aslanovla birgə, adı nurçu olaraq hallanan millət vəkili Ceyhun Osmanlının atası, Göyçay rayon icra başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Yunis Osmanlıdır.
Göyçay rayon icra hakimiyyəti telefon nömrələrinin heç birinə cavab verməsələr də, rayonun ictimai-siyasi həyatında olan şəxslər xəbəri təsdiqləyiblər. Onların sözlərinə görə, Göyçay rayonunda Ceyhun Osmanlının atasının vəzifədən uzaqlaşdırılması barədə xəbər dünən yayılıb.