Mobil telefonlar beyin xərçənginə SƏBƏB OLUR?

Mobil telefonlar beyin xərçənginə səbəb olur?

Həyatımıza girdiyi gündən vazkeçilməzimiz olan, əlimizdən yerə qoymadığımız mobil telefonların xərçəngə səbəb olduğu iddia olunur.

Mobil telefonların yaydığı siqnalların beyin şişi riskini artırdığı iddia edilir. 

Lakin bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırma Dərəyi tərəfindən ətraflı araşdırılmış və araşdırmalar mobil telefondan istifadənin şiş riskini artırmadığını göstərmişdi.

"Qaynarinfo" xəbər verir ki, bu günlərdə Avstraliyanın Sidney Universitetinin bir qrup professoru daha geniş və uzun vədəli araşdırmalar aparıb. Professor Simon Çapman və komandasının apardığı araşdırma Avstraliyada mobil telefondan istifadənin beyin xərçəginə təsiri ilə bağlı olub.

Araşdırmanın nəticələrinə görə, mobil telefondan istifadə etmək xərçəng riskini artırmır. Telefondan qısa və ya uzun müddətə istifadənin də buna təsiri yoxdur. Mobil telefonların istifadəsinə başlandığı 1990-cı illərin əvvəllərindən bu yana dünyada beyin xərçənginə yoluxanların sayında artımın olmaması da müxtəlif statistik məlumatlar vasitəsi ilə təsdilənib.






Fikirlər