Daha iki idarə rəisi DƏYİŞDİRİLDİ
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki rayon idarəsinin rəisi işdən çıxarılıb. APA-nın məlumatına görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, xidmətin Səbail rayon idarəsinin rəisi Polad İbrahimov tutduğu vəzifədən azad edilərək, Yasamal rayon idarəsinin rəisi, Yasamal rayon idarəsinin rəisi Namiq Hüseynov isə tutduğu vəzifədən azad edilərək, Səbail rayon idarəsinin rəisi vəzifələrinə təyin olunublar.