Jurnalistlər “Kristal ABŞERON”da - FOTOLAR

Jurnalistlər “Kristal Abşeron”da

Ölkənin tanınmış tikinti şirkəti Kristal Abşeron KİV nümayəndələri üçün press-tur təşkil edib.

  Jurnalistlərin səfər proqramı üzrə ilk dayanacağı “8-ci Mikrorayon” layihəsi olub. Bina “Azadlıq” metrosuna 2 dəqiqəlik məsafədə yerləşir.

Gələn ilin fevral ayında təhvil veriləcək “8-ci Mikrorayon” layihəsinin rəhbəri Elçin Hüseynovun sözlərinə görə, 3 bloklu 16 mərtəbəli bu yaşayış binasında artıq tamamlama işləri gedir: “2018-ci ilin fevral ayının sonuna 3 binadan 2-sinin, mart ayında isə 3-cü binanın təhvil verilməsi nəzərdə tutulub. Layihə 315 mənzildən ibarətdir, mənzillərin 80%-i satılıb. Burada mənzillərin 1 kvadrat metri 1480 manatadır. Təmirdə istifadə edilən divar kağızları İtaliya, kafel-metlax İspaniya, santexnika materialları və pəncərələr Türkiyə, qapılar Belarusiya, parket Macarıstan və Rusiya istehsalıdır”.

Sonra jurnalistlər şirkətin “Qara Qarayev” metro stansiyası yaxınlığında inşa etdiyi yaşayış kompleksinə baş çəkiblər.  

Layihənin satış müdiri Anar Qurbanov bildirib ki, “Qara Qarayev” layihəsi 12 binadan ibarət olacaq: “Layihə 8 rəqəmi şəkilindədir. Birinci mərhələdə 6 binanın tikintisi başa çatdırılıb. Binalardan 3-ü təhvil verilib, hazırda digər 3 binada mənzillərin təmiri aparılır. 4-cü bina bir ay ərzində, digər binalar isə qarşıdakı 6 ay ərzində yaşayışa təhvil veriləcək. Birinci mərhələdə tikilmiş 6 binanın hər biri 16 mərtəbə və mansarddan ibarətdir. İkinci mərhələ üzrə tikilən binalar isə 19 mərtəbə və mansarddan ibarət olacaq. Binaların tikintisində istifadə edilən armaturlar Rusiyanın Çelyabinski şəhərində fəaliyyət göstərən zavoddan alınır. Bu armaturlar tullantılardan istehsal edilmir, sırf dəmir filizindən əldə olunur”.

“Qara Qarayev” layihəsində 1 kvadrat metr üçün qiymətlər 1250 manatdan başlayır. Mənzilləri ilkin ödənişi minimum 20% olmaqla, illik 7%-lə 25 il müddətinə ipoteka ilə də əldə etmək mümkündür.

“Kristal Abşeron”un digər iri yaşayış kompleksləri isə Yeni Günəşli qəsəbəsində yerləşir. Yeni Günəşli-1 layihəsi üzrə binalar 2016-cı ildə təhvil verilib. Layihə 8 binadan ibarət yaşayış kompleksdir.

Hazırda inşası davam edən “Yeni Günəşli- 2” layihəsi isə 9 binadan ibarətdir. Layihəyə 2015-ci ilin sonunda start verilib. Artıq 3 bina yaşayışa təhvil verilib, digər binalarda da sürətlə tikinti işləri aparılır.

Digər “Kristal Abşeron” layihələrində olduğu ki, bu kompleksdə də mənzillər təmirli təhvil verilir. Hazırda mənzillərin güzəştli qiymətlə satışı üzrə kampaniya keçirilir. Belə ki, Yeni Günəşli layihəsində tam təmirli mənzillərin 1 kv metri 995 manatdan başlayan qiymətlərlə təklif olunur. Son tarix 30 yanvar 2018-ci ildir.

Qeyd edək ki, 2003-cü ildən uğurlu fəaliyyətə başlayan Kristal Abşeron Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə 22 layihəyə imza atıb.

“Kristal Abşeron”un bütün layihələri üzrə inşa edilən mənzillərdə alıcılara divar kağızı, otaq qapıları, kafel-metlax, pol seçimi imkanı yaradılır. Təmirdə istifadə edilən materialların nümunələri əsasında hər kəs zövqünə uyğun evini təmir etdirə bilər.

“Kristal Abşeron”un ən böyük üstünlükərindən biri də inşa etdiyi bütün binaların daş yunla üzlənməsidir. Daş yun sayəsində isti və soyuq hava içəriyə daxil olmur. Daş yun yanğına da davamlıdır.

Şirkətin istifadə etdiyi daş yun materialı Rusiyanın Ryazan şəhərində “TexnoNİKOL” şirkəti tərəfindən istehsal edilir.

Xatırladaq ki, “Kristal Abşeron”dan alınan mənzillər çıxarışla da təmin edilir. Mənzil yaşayışa təhvil verildikdən qısa müddət sonra “kupça” da təqdim olunur. Çıxarışı alan mənzil sahibi və ailə üzvləri yeni üvana qeydiyyata düşə bilərlər.

Onu da qeyd edək ki, artıq “Kristal Abşeron”un bütün mənzilləri kombi ilə təchiz olunur. Bu da həm büdcənizə uyğundur, həm də rahatlığınız üçün əla imkandır!

"AzerTaym.az"

 










 






Fikirlər