Bu gün Milli Məclisin SON İCLASI olacaq

Bu gün Milli Məclisin son iclası olacaq

Bu gün Milli Məclisin 2017-ci ildə son plenar iclası keçiriləcək.

"AzerTaym.az"  xəbər verir ki, ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

İclasın əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılacaq. Daha sonra "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi müzakirə ediləcək.






Fikirlər