“Azərbaycan” və “QANUN” nəşriyatları KAGIZ qıtlığından əziyyət çəkmir

Bu gün ölkə mediasında kağız qıtlığının yaranması barədə məlumatlar yayılıb.

“Azərbaycan” nəşriyyatından Modern.az saytına verilən məlumata görə, is’ nəşriyyat belə bir problemlə üzləşməyib.

 “Azərbaycanda yaranan kağız qıtlığı hələ ki, nəşriyyatdakı qəzetlərə təsir etməyib. Yaranan problemin fəsadları ilə üzləşməmişik”

 “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə deyir ki, belə hal yaşanmasa belə, kağızın qiyməti bahadır.

 “Bizdə belə bir problem yaranmayıb. Qəzet sahəsində yaranan problem güman ki, müvəqqətidir. Amma qəzet kağızı ilə müqayisədə kitab kağızının qiyməti bahadır. Çünki kağız məmulatları xaricdən gətirilir. Ona görə də kağızın qiymətinin baha olması kitabların satış qiymətinə də təsir edir. Təkcə kağız üzərində 18 faiz  ƏDV mövcuddur. Amma qəzet kağızı üzərində belə hal yoxdur”.






Fikirlər