Xanım deputat da VƏRƏM təhlükəsindən DANIŞDI

“Tarix boyu insanların ölümünə səbəb olan ən vacib xəstəliklərdən biri vərəmdir”.

Modern.az-ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına əsasən 2015-ci ildə dünyada vərəmdən ölənlərin sayı 1,5 milyondur.

Həmçinin 2050-ci ilə qədər 700 milyon insan vərəm xəstəliyindən dünyasını dəyişəcək”. 






Fikirlər