Sabiq nazirin oğluna yeni VƏZİFƏ verilib – FOTO
Azərbaycan Beynəlxalq Bankında yeni vəzifə təyinatı olub. FED.az xəbər verir ki, Beynəlxalq Bankın departament direktorunun müavini Zaur Ələkbərov Bankın idarə heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Z.Ələkbərov 1986-cı il avqustun 23-də Bakıda anadan olub. 2006-cı illərdə İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2006-2008-ci illərdə isə magist təhsili alıb. 2017-ci ildə isə İsvecrənin Losanna şəhərində Beynəlxalq İdarəetmənin Təkmilləşdirilməsi institutunu bitirib. Əmək fəaliyyətinə “Unibank”da başlayıb. Daha sonra “Bank Respublika”da filial müdiri olub. 2016-cı ildən isə Beynəlxalq Bankda Korporativ Biznes Departamentinin direktor müavini vəzifəsində çalışıb. Xatırladaq ki, Z.Ələkbərov keçmiş maiiyyə naziri Əvəz Ələkbərovun oğludur.