"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.
Qurumdan verilən məlumata görə, bu barədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmr imzalayıb. Bu vəzifəyə 2013-cü ildən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olan Read Azər oğlu Qasımov təyin edilib.
Qeyd edək ki R.Qasımov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirmişdir. Əmək faəliyyətini 1997-1999-cu illərdə beynəlxalq şirkətlərdə başlamış, 1999-cu ilin sonunda dövlət qulluğuna qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində "Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi” şöbəsinin rəisi, 2003-cü ildən etibarən isə Komitənin Hüquq departamentinin direktoru vəzifəsində davam etdirmişdir. Daha sonra 2006-ci ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirliyinin Hüquq şöbəsinin müdiri, 2006-cı ilin oktyabr ayından isə Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktorunun müavini təyin edilib. 2009-2010-cu illərdə "Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin” Baş direktoru, 2010-2013-cü illərdə "Turkapital Holding” şirkətinin Azərbaycanda nümayəndəliyinin direktoru vəzifələrində çalışıb.
Dövlət qulluğunun müşaviri dərəcəsinə malikdir. Evlidir, iki övladı var.
report