EKOLOGİYA Nazirliyndəi PREZİDENTin tapşırığı ilə bağlı MÜŞAVİRƏ KEÇİRİLİB - FOTOLAR
Fevralın 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyənləşdirilmiş istiqamətlər üzrə konkret vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar geniş müşavirə keçirilib. "AzerTaym.az" xəbər verir ki, müşavirədə nazir H.Bağırov Prezidentin tövsiyələrinə uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə məlumat verib. O, Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər, o cümlədən aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının genişləndirilməsi, yerin təkində təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə müvafiq tədbirlərin görüldüyünü xüsusilə qeyd edib. Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib. Müşavirədə, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün atılacaq konkret addımlar təhlil olunub, proqramda aidiyyəti üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin tam şəkildə keyfiyyətlə və vaxtında başa çatdırılması üçün zəruri işlərin görülməsi barədə müvafiq göstərişlər verilib. Tədbirin sonunda ölkə başçısının məlum konfransdakı çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müzakirə olunaraq istiqamətlər müəyyənləşdirilib.