Əli Əliyev SEÇKİLƏRDƏ iştirak edəcək

eli eliyev

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədə 2018-ci il aprelin 11-nə növbədənkənar Prezident seçkilərinin təyin olunması və VİP-in bu seçkilərdə iştirakı məsələsi müzakirə olunub.

İclasda çıxış edən VİP sədri Ə.Əliyev hakimiyyət təmsilçilərinin daha əvvəl inkaredici bəyanatlarına baxmayaraq, növbədənkənar seçkilərin təyin edilməsinin gözlənilməz olmadığını diqqətə çatdırıb. O, partiyanın 2017-ci il mayın 28-də keçirilmiş IV qurultayında VİP sədrinin prezidentliyə namizədliyinin irəli sürüldüyünü bildirərək, yaranmış şəraitdə bu qərardan irəli gələn vəzifələr haqqında danışıb.

Müzakirələrdə iştirak edən Siyasi Şura üzvləri seçki kampaniyası müddətinin azaldıldığına baxmayaraq, partiya strukturlarının seçki prosesinə hazır olduğunu vurğulayıblar.

İclasın yekununda VİP Qurultayının növbədənkənar prezident seçkilərində iştirak qərarından, partiyanın Mərkəzi Aparatına Seçki Məcəlləsi və VİP Nizamnaməsinin müvafiq bəndlərindən irəli gələn işlərin uyğunlaşdırılmasına dair operativ təhlil aparılması tapşırılıb. VİP Siyasi Şurasının iclası fevralın 8-də davam etdiriləcək.

 






Fikirlər