Qazaxıstan BTQ ilə daha bir yük QATARINI TÜRKİYƏYƏ yola saldı
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan keçməklə Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıb. AzerTaym.az-ın məlumatına görə, Kostanay vilayətindən buğda daşıyan qatar bir neçə gün əvvəl Mersin limanına yola düşüb.Qeyd olunur ki, ümumilikdə Türkiyyə 1,5 min ton buğda daşıyan 72 vaqon yollanacaq: “Kostanaydan Türkiyəyə birbaşa yük marşrutunun açılması qazaxıstanlı sahibkarlar üçün böyük imkanlar yaradır. Gələcək bu istiqamətdə noxud, mərci və digər kənd təsərrüfatı məhsullarının yola salınması planlaşdırlır.”Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin oktyabrında işə salınıb. Açılış mərasimi oktyabrın 30-u Bakıda baş tutub.