“Bakı-TBİLİSİ-Qars dəmir yolu REGİONA yeni dinamika gətirib”

“Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”.

AzerTaym.az -ın APA-ya istinadən məlumatına əsasən, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstana həsr olunmuş xüsusi tədbirdə bildirib.

Baş nazir deyib ki, Gürcüstan Cənub Nəqliyyat Dəhlizi və "İpək yolu" daxil olmaqla, Şərq-Qərb üzrə strateji təşəbbüsləri fəal olaraq dəstəkləyir:Bizim hökumət Şərq və Qərb arasında yerüstü, dəniz və dəmir yolu ilə ticarətin inkişafına yönəlmiş infrastruktur sahəsində iddialı layihələrin təşəbbüskarıdır”.

G.Kvirikaşvili qeyd edib ki, hazırda Anaklia dərin dəniz limanının tikintisi də sürətlə aparılır:Bu liman regionda gələcək investisiyalar və rifah üçün əsas olacaq”. 






Fikirlər