Ədliyyə NAZİRİ İSTEFA verdi
Qırğızıstanın Baş naziri Sapar İsakov ədliyyə naziri Uran Əhmədovun vəzifədən azad edilməsi barədə təqdimatı ölkə prezidenti Sooronbay Jeenbekova təqdim edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, U.Əhmədov öz arzusu ilə istefa verib.
O, 2016-cı ilin yayından bu vəzifədə işləyirdi. Ədliyyə naziri vəzifəsinədək U.Əhmədov Qırğızıstan hökumət aparatının Hüquqi təminat şöbəsinin Məhkəmə orqanları ilə iş sektorunun müdiri, eləcə də Qırğızıstan Prezident aparatının Hüquqi təminat şöbəsinin eksperti vəzifəsində işləyib.