MƏTBUAT ŞURASINA bir ŞİKAYƏT DAXİL olub
Azərbaycan Mətbuat Şurası seçki prosesi ilə bağlı açıqlama yayıb. “AzerTaym.az” xəbər verir ki, açıqlamaya görə, saat 08.00-dan 12.00-dək olan müddətdə prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən qurumun “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar. Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının Şurasının (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq «qaynar xətt» rejimində fəaliyyətdədir.