HACIBALA ABUTALIBOV İSTEFA VERDİ: YENİ VƏZİFƏYƏ GEDİR (İDDİA)
Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.
AzerTaym.az yenicag.az-a istinadən məlumata görə, ötən gün Abutalıbov təhvil-təslim edib.
Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.
Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.