BAKININ YENİ MERİ BU ŞƏXS OLACAQ...
Hacıbala Abutalıbovdan boşalan Bakı meri postuna daha bir nəfərin namizədliyi irəli sürülüb.
Bu vəzifəyə “Azərgold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov gətirilə bilər. Saytımıza verilən xəbərdə qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə layiq görülən şəxslərdən biri də Z. İbrahimovdur və yuxarı dairələrdə bu barədə müzakirələr aparılır.
Məlumat üçün bildirək ki, Zakir Zaur oğlu İbrahimov 2 aprel 1974-cü il tarixində Bakı şəhərində anadan olub.
Olke.az bildirir ki, o, 1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.
2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb.1993 – 1995-ci illərdə “TAİS” Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində Hüquq və Biznesin İnkişafı üzrə Mütəxəssis vəzifəsində çalışıb.
1995 – 1998-ci illərdə “Azticarət” Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb.
1998 – 2002-ci illərdə “Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2003 – 2004-cü illərdə “EUPEC PipeCoating Azerbaijan BM” Baş direktorun müavini vəzifəsində çalışıb.
2004 – 2005-ci illərdə “Azpetrol Neft Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji Araşdırmalar, -İctimaiyyətlə Əlaqələr, Marketinq və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
2005 – 2006-cı illərdə Moldova Respublikasında “Azpetrol SRL” şirkətində Baş direktor vəzifəsində çalışıb.
2006 – 2009-cu illərdə “EVR LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.
2009 – 2016-cı illərdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
26 may 2016-cı il tarixindən etibarən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.
Onu da bildirək ki, Z. İbrahimov vergilər naziri Mikayıl Cabbarovun bacanağıdır.