TATLISƏS millət vəkili olmaq üçün 4-cü dəfə CƏHD EDİR
Daha əvvəl Şanlıurfadan AKP-nin millət vəkilliyinə namizəd olan müğənni İbrahim Tatlısəs yenidən bəxtini sınamaq istəyir. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı 4-cü dəfə deputatlığa namizədliyini verib. Tatlısəs bu dəfə İzmirdən namizəd olub. Vəkili sabah İbrahimin namizədliyinin qeydiyyata alınması üçün müraciət edəcək. Xatırladaq ki, silahlı hücumdan sonra yaralanan Tatlısəs ötən il İzmirə köçüb.