DEPUTAT Naxçıvanda torpağımızın azad edilməsindən danışdı: bunlar İLK ADDIMLARDIR
"Yenə də torpağımız işğaldan azad edilib. Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar, torpağımızın işğaldan azad edilməsi həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir". Bunu bu gün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, bunlar ilk addımlardır: "Azərbaycan prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu, məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutub, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez, inşalllah, tezliklə işğaldan azad ediləcək. Bununla əlaqədar Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm". (apa)