Fərman Məmmədov: "Mənə borcları yox idisə, NİYƏ 250 MİN ÖDƏYİRDİLƏR?!"
Xəbər verdiyimiz kimi, bu gün mediada Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Maraqlıdır ki, nədənsə xanım deputat bəzi danışıqları yaxşı xatırlayır, özünə sərf etməyən detalları isə xatırlamır. Əgər özü bildirirsə ki bu işdən heç xəbəri yoxdur, qeyd edim ki, lap yaxşı xəbəri var, Elmira Axundova özü də bu işə pul qoyub. Bu məsələdə bir maraqlı məqam da var: əgər bunların mənə borcu yoxdursa niyə mənimlə ortaq nöqtəyə gəlmək istəyirdilər və mənə 250 manat ödəyirdilər? Notariusda təsdiqlənmiş sənəd məsələsinə gəldikdə isə, Elnur İbrahimovla Həbib Axundov müqavilə imzalayıb. Yaxşı olardı ki, Elmira Axundova o müqavilələri diqqətlə oxusun. İki müqavilə imzalanıb. Biri 100 min manatlıqdır, digəri isə 735 minlik müqavilədir. Həbib mənə deyirdi ki , Fərman əmi, narahat olmayın, mən sizin pullarınızı sentyabr-oktyabr ayında qaytaracağam. Unutmasın ki, 2005 və 2010-cu illərdə parlament seçkilərində iki dəfə Elmira Axundovanın səlahiyyətli nümayəndəsi olmuşam. Hər şeyi danışmağa başlasam, buna bir sutka vaxt gedəcək. Ona görə də artıq qısa və lakonik danışacağam".
Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Daha sonra Elmira Axundova "Real" telekanalına 10 dəqiqəlik açıqlama verərək, F.Məmmədovla münasibətlərindən, onun gizli şəkildə səsyazma apararaq qanun pozuntusu etməsindən danışıb (http://musavat.com/news/deputat-elmira-axundova-yayilan-ses-yazisindan-danisdi-video_544855.html).
Məsələ ilə bağlı musavat.com-a açıqlama verən Fərman Məmmədov E.Axundovadan fərqli olaraq faktlarla danışdığını bildirib: "Onun dedikləri həqiqətə uyğun deyil. Əgər Elmira xanım hesab edirsə ki, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır, biləsiniz ki, biz bunu çoxdan istəyirik. İndi Elmira Axundova bldirir ki, bu 5 il bundan qabaqkı məsələdir. Fərq etmir. Qoy lap 10 il bundan əvvəlki məsələ olsun, əgər cinayət varsa, cəzası da olmalıdır.