Xərçəngə tutulan jurnalist Nigar İsmayılqızı VƏFAT ETDİ

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist-yazıçı Nigar İsmayılqızı vəfat edib.

AzerTaym.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə məlumat paylaşıb.

Məlumat üçün bildirək ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi.

Ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, N.İsmayılqızına dəstək kampaniyası başlatmışdılar.

Allah rəhmət eləsin!

 






Fikirlər