CAVİD QURBANOV Bakı-Gəncə qatarından danışdı: "Getdikcə SÜRƏTI daha da qaldıracağıq"
"Bir ilə yaxın müddətdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə 3 minədək konteyner və vaqon daşınıb" .
"AzerTaym.az" Musavat.com-a istinadla verir ki, bu fikri Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, bir həftə əvvəl Gürcüstan ilə Azərbaycanın dəmir yolları şirkətləri BTQ-nin istismarı ilə bağlı təlimat imzalayıblar:
"Orada bilirsiniz ki, relyef bir qədər çətindir. Ancaq buna baxmayaraq, cənab prezidentin iradəsinə söykənərək bu yolun axıra qədər çatdırılmasını təmin etdik. Burada bəzi çatışmayan məsələlər var. Hansı ki, onlar xırda işlərdir. Məsələn, təhlükəsizliklə əlaqədar, yükün müəyyənləşdirilməsi ilə bağlı və digər bu kimi məsələlərlə bağlı da işlər aparılır. Təxminən orada 2 minə yaxın işçimiz var ki, onlardan 30 faizi azərbaycanlılardır. Hansı ki, onlar çox yüksək savada malik işçilərdir. Təxminən 500-ə yaxın da texnikamız da orada çalışır. Ərazidə stansiya və binaların tikintisi başa çatıb. Ümumilikdə, orada qızğın işlər davam edir. Növbəti il ilk olaraq jurnalistlərlə birlikdə Türkiyəyə həmin yolla səyahət edəcəyik".